Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəhbər heyəti daha bir əmək veteranı 78 yaşlı Novruz Tağıbəylini ziyarət edib.
Əmək veteranı N.Tağıbəyli 1945-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub. O, tələbəlik dövründən kinomexanik kimi əmək fəaliyyətinə başlayıb. 40 il əmək fəaliyyəti müddətində Azərbaycanla yanaşı, Litva, Özbəkistan və Ukrayna kimi ölkələrdə də işləyib. Novruz Tağıbəyli bəzi elmi işlərinin patentini alıb.
Qeyd edək ki, əmək veteranımıza "DOST" Mərkəzinin sosial xidmət işçiləri tərəfindən evində (səyyar) sosial xidmət göstərilir.
Xidmətin əməkdaşları qarşıdan gələn Novruz bayramı münasibətilə əmək veteranını təbrik edib, ona tövsiyyələrinə, məsləhətlərinə görə təşəkkür ediblər.
N.Tağıbəyli ona göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.