5 saylı DOST Mərkəzinin inzibati binasında keçirilən tədbirdə aidiyyəti dövlət qurumlarının və müxtəlif sahələrdə fəaliyyət göstərən işəgötürənlərin nümayəndələri iştirak edib.
Tədbirdə analığın mühafizəsinə həsr olunmuş videoçarx nümayiş olunub, qadınların əmək hüquqlarına aid təqdimatlarla çıxışlar edilib.
İştirakçılara qadınların əmək hüquqları həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsində və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktlarda müəyyən olunan güzəştlər, imtiyazlar və əlavə təminatlar haqqında ətraflı məlumat verilib..
Sonda iştirakçıların sualları cavablandırlıb.