Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Saatlıda işəgötürənlər üçün “Əlilliyi olan şəxslərin əmək hüquqları” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirib.
Tədbirdə hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, həmçinin Mil-Muğan regionunda yerləşən müəssisələrin işəgötürənləri olmaqla, 150 nəfərədək şəxs iştirak edib.
Ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibəti ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycanda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sisteminin qurulması” mövzusunda videoçarx nümayiş olunub.
Xidmətin Mil-Muğan regional şöbəsinin əməkdaşları mövzu ilə bağlı geniş təqdimatla çıxış ediblər.
Bildirilib ki, fiziki məhdudiyyətinə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsini, habelə hüquqlarının məhdudlaşdırılmasını qadağandır. İşçilər arasında belə bir ayrı-seçkiliyə yol verən işəgötürən qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.
Sonda mövzu ilə yanaşı ümumilikdə əmək qanunvericiliyi bağlı suallar cavablandırılıb.