Şəhid Ceyhun Abbasovun Gəncədə yaşayan ailəsi ziyarət edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları şəhid Abbasov Ceyhun Natiq oğlunun Gəncədə yaşayan ailəsini ziyarət edib.
44 günlük Vətən müharibəsində Kəlbəcər istiqamətində döyüşlərdə şəhid olan Ceyhun Abbasov Prezident İlham Əliyevin Sərəncamları ilə III dərəcəli “Vətənə xidmətə görə” ordeni və "Vətən uğrunda” , “Cəsur döyüşçü”, “Hərbi xidmətlərə görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
Görüşdə şəhidin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, onun xatirəsinin əbədi olaraq yaşayacağı vurğulanıb. Bildirilib ki, şəhidin ailəsinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzil verilib, sosial ödənişlər təyin edilib.
Ailənin sosial vəziyyətinin bundan sonra da həmişə diqqətdə saxlanacağı vurğulanıb.