Şəhid Sultan İbrahimovun Salyan şəhərində yaşayan ailəsi ziyarət edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları şəhid İbrahimov Sultan Mikayıl oğlunun Salyan şəhərində yaşayan ailəsini ziyarət edib.
44 günlük Vətən müharibəsində Zəngilan istiqamətində döyüşlərdə şəhid olan S.İbrahimov Prezident İlham Əliyevin Sərəncamları ilə “Zəngilanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, ”Döyüşdə fərqlənməyə görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.
Görüşdə şəhidin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, onun xatirəsinin əbədi olaraq yaşayacağı vurğulanıb. Bildirilib ki, şəhidin ailəsinə sosial ödənişlər təyin edilir. Ailənin sosial vəziyyətinin bundan sonra da həmişə diqqətdə saxlanacağı vurğulanıb.