Şəhid Surxay Mehdiyevin və Taleh Babayevin Quba rayonunda yaşayan ailələri ziyarət edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları 44 günlük Vətən müharibəsində Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olmuş Mehdiyev Surxay Zülfü oğlunun Quba şəhərində, Şuşa uğrunda gedən döyüşlərdə şəhid olmuş Babayev Taleh Xanmurad oğlunun Quba rayonu, Yeni Güləzi kəndində yaşayan ailələrini ziyarət ediblər.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən S.Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad edilməsinə görə”, T.Babayev isə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad edilməsinə görə” medalları ilə təltif edilib.
Ailələr ilə söhbət zamanı şəhidlərin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, onların xatirəsinin əbədi olaraq yaşayacağı vurğulanıb. Ailələrin sosial vəziyyəti ilə maraqlanılıb.
Bildirilib ki, bütün şəhid ailələrinə dövlətimiz tərəfindən daim diqqət və qayğı göstərilir. Şəhidlərimizin ailələrinin sosial vəziyyətinin bundan sonra da həmişə diqqətdə saxlanacağı vurğulanıb.