Dövlət Əmək Müfəttişliyi Xidməti Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə birgə Ümumdünya Layiqli Əmək Günü ilə bağlı tədbir keçirib.
Tədbirdə layiqli əmək konsepsiyası barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, Beynəlxalq Əmək Təşkilatının layiqli əmək konsepsiyası qadın və kişilər üçün azadlıq, bərabərlik, təhlükəsizlik və insan ləyaqəti şəraitində layiqli və məhsuldar əməyin təşviq edilməsini nəzərdə tutur.
BMT-nin İnsan Hüquqları Bəyannaməsinə və digər mühüm sənədlərə əssən layiqli əməyin ümumdünya məqsədinə çevrilməsi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Həmçinin bildirilib ki, layiqli əmək və iqtisadi artım dayanıqlı inkişafın 17 əsas məqsədindən birini təşkil edir.
Qeyd edək ki, hər il 7 oktyabr Ümumdünya Layiqli Əmək Günü kimi qeyd edililir. Bu günün keçirilməsi ilk dəfə 2008-ci ildə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən elan edilib.