Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində Vətən müharibəsi iştirakçıları olan xanımlarla görüş keçirilib.
Görüşdə Xidmətin rəhbər şəxsləri Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin iştirakçısı olan xanımları 8 Mart – Qadınlar Günü münasibətilə təbrik edib. Tarixi qələbənin əldə olunmasında Azərbaycan xalqının fədakarlığından söz açılaraq qəhrəman oğullarımızla yanaşı, qorxmaz xanımlarımızın şücaətindən də bəhs edilib.
Görüşdə iştirak edən Veteran xanımlar 44 günlük müharibə xatirələri və təəssüratlarını bölüşüblər. Vətən müharibəsində xalqımızın qazandığı Zəfərin əhəmiyyətindən və ölkəmizin gələcəyi olan gənclərimizin vətənpərvər ruhda böyüməsinin zəruriliyindən danışıblar.
Göstərilən diqqət və qayğıya görə Xidmət rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.