Ad, Soyad, Ata adı: Rəhimov Azər Eldar oğlu
Elektron poçt:
Qəbul günləri: Cümə
Qəbul saatları: 11:00 - 13:00
1981-ci ildə Bakı şəhərində anadan olub.
2002-ci ildə Bakı Dövlət Universitetini bitirib.
2003-cü ildən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində çalışıb.
2007-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada çalışıb.
2010-cu ildən özəl sektorda fərqli vəzifələrdə çalışıb.
2014-cü ildən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüdür.
2012-ci ildən Bakı Dövlət Universitetində pedoqoji fəaliyyətlə məşğul olur.
2019-cu ildən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Hüquq departamentində direktor müavini, sonradan isə həmin departamentin müdiri kimi çalışıb.
2025-ci ilin mart ayından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini vəzifəsində çalışır.
Hüquq üzrə fəlsəfə doktorudur.